"Qəbələ" Antalyada məşqlərini davam etdirir

"Qəbələ" Antalyada məşqlərini davam etdirir

Türkiyənin Antalya şəhərində olan "Qəbələ" təlim-məşq toplanışının 6-ci gününü 2 məşqlə yekunlaşdırıb. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" ötən günün ilk yarısında nəzəri məşğələ keçiblər.

Günün ikinci hissəsində baş tutan məşq prosesində komanda toplu çalışmalarla hazırlıq keçib. Xorvatiya milli komandasına çağırılıb, yığmanın heyətində "China Cup 2017"də iştirak edən Filip Ozobiç də "Qəbələ"nin Antalyadakı düşərgəsinə qoşulub. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə