Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, Almaniyanın "Eqestorf" klubu ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub. Komandamızın qollarını Əli Nuri və Sertan Taşkın vurub. Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Qazaxıstanın "Okjeptes" klubu ilə heç-heçə edib - 2:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB