"Bakı-2017"-nin akkreditasiya prosesi açıq elan edildi

"Bakı-2017"-nin akkreditasiya prosesi açıq elan edildi

12-22 May 2017-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını işıqlandırılmaq arzusunda olan media nümayəndələri üçün bu gundən etibarən İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya prosesi açıq elan olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayyə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, bu məqsədlə, media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://ems.baku2017.com/ArenaEvent/Arena.Domain.Registration.Web/Wievs/Registration/RegistrationForm.aspx?p1=MT12 bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

31 mart 2017-ci il tarixi media nümayəndələri üçün akkreditasiya prosesinin son müraciət tarixidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 31 mart tarixindən sonra media nümayəndələri tərəfindən akkreditasiya üçün edilən müraciətlərə baxılmayacaq. Daha ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə