Məğlubedilməz "Karabakh Vyana" - 15 oyundur uduzmur

Məğlubedilməz "Karabakh Vyana" - 15 oyundur uduzmur

Avstriyada yeni yüksəldiyi Wiener Stadt Ligada mübarizə aparan "FC Karabakh Vyana" klubu 2016-2017 mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb. SİA-nın məlumatına görə, ilk dövrədə keçirilən 15 turdan 10 görüşdə qələbə qazanan "Karabakh Vyana" 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib. 15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana Əyalətinin ən yüksək liqası olan Wiener Stadt Ligada ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb.

Nəzərinizə çatdıraq ki, liqanın ikinci yarım sezonuna 2017-ci il fevral ayının 26-da start veriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə