Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırılıb FOTOLAR

Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırılıb FOTOLAR

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

Fərqlənənlər "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi", "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı", "Ədalətli oyun prinsiplərinə sadiq hakim", "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi", "Ədalətli oyun prinsiplərinə sadiq idmançı" nominasiyaları üzrə mükafatlandırılırlar.

SİA-nın məlumatına görə, 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə də fərqlənənlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

"Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi"
Elçin Cəfərov - Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti
Seymur Əhədov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin idman şöbəsinin rəisi

"Ədalətli oyun prinsiplərinə sadiq məşqçi"
Akif Əliyev - Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın baş məşqçi əvəzi
Arif Abdullayev - Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın məşqçisi, Dünya çempionu
Əsgərxan Novruzov - Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi
Elçin Zeynalov - Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Şöhrət" ordeni laureatı
İsmayıl Çöpsiyev - Əməkdar məşqçi, "Tərəqqi" medalı və Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu laureatı
Əli Əliyev - Əməkdar məşqçi
Firdovsi Ömərov - Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi

"Ədalətli oyun prinsiplərinə sadiq hakim"
Qərib Əliyev - Beynəlxalq dərəcəli hakim

"Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı"
Mayis Musayev - AGF-nin mətbuat katibi

Bütün xəbərlər Facebook səhifəmizdə