“Sevilya” “Real”ın məğlubiyyətsizlik seriyasına son qoyub

“Sevilya” “Real”ın məğlubiyyətsizlik seriyasına son qoyub

İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turun ən gərgin və maraqlı qarşılaşması "Sevilya" ilə Madridin "Real" klubları arasında oynanılıb. Bu görüşdə meydan sahibləri "Kral" klubuna 2:1 hesabı ilə qalib gələrək paytaxt təmsilçisinin 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyublar.

Qeyd edək ki, "Kral" klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının 1/4 finalının ilk matçında səfərdə Almaniyanın "Volfsburq" klubu qarşısında almışdı (0:2).

Bütün xəbərlər Facebook səhifəmizdə