Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda Albaniyanın "Kukesi" ilə üz-üzə gəlib. Matç Elxan Abdullayevin komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı klubunda qolları Zdenek Folprext və Cavid İmamverdiyev vurub.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda Türkiyənin "Sivasspor"la klubu ilə bərabərə (0:0) qalıb, ikinci yoxlama görüşündə "Nasaf"a uduzub (0:1).
Yoxlama oyunu
15 yanvar
"Neftçi" - "Kukesi" - 2:4
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB