"Barselona" klubunun direktoru Pere Qratakos vəzifəsindən qovulub. Bu barədə klubun saytından açıqlama verilib.
Belə ki, Qratakos müsahibələrindən birində Messi haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün işindən kənarlaşdırılıb. "Barselona" tək Messidən ibarət deyil. O çox vacib oyunçudur, ancaq qələbəni bütün komanda qazanır. Neymar, Suarez, İnyesta, Pike və digər oyunçular olmasa, Messi bu qədər yaxşı ola bilməzdi", – bu sözlər direktorun başına bəla olub.
Klubun rəsmi saytında yer alan açıqlamada bildirib ki, qovulmanın əsas səbəbi Qratakosun klubun mənafeyinə uymayan sözlər danışmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB