Yanvarın 11-dən Bakıda qış hazırlığı üçün bir araya gələn "Kəpəz" dəniz kənarında iki günlük məşqlərdən sonra toplanışın əsas hissəsinə start verib. SİA-nın məlumatına görə, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır. "Sarı-göylər" burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular bu müddət ərzində saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaqlar. Gəncə klubu toplanış dövründə 4 yoxlama matçı da keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB