"İnter"in növbəti rəqibi müəyyənləşib

"İnter"in növbəti rəqibi müəyyənləşib

Bakının "İnter" klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. SİA-nın məlumatına görə, "Riu Kaya Belek" otelində məskunlaşan "bankirlər" gün ərzində iki dəfə məşq edirlər.

Artıq toplanış çərçivəsində Bakı klubunun dördüncü rəqibi də müəyyənləşib. Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordubaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da baş tutacaq.

Daha sonra Zaur Svanadzenin komandası yanvarın 18-də "Botoşani" (Rumıniya), 19-da "İstiqlol" (Tacikistan), 21-də isə "Orenburq"la (Rusiya) görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə