Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatının üçüncü gününün finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarda qızıl medal uğrunda görüşdə Mehrac Kərimov (75 kq) Fərid Quliyevlə, Nicat Abdullayev (80 kq) Rafiq Hüseynovla, İslam Abbasov (85 kq) Orxan Qəhdiranovla, Orxan Nuriyev (98 kq) Adil Hüseynovla, Oyan Nəzəriani (130 kq) isə Anton Betovla qarşılaşacaq.

Qeyd edək ki, yarışın sonuncu (üçüncü) günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.

Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar Azərbaycan Güləş F ederasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə