“Adanaspor” Reynaldonu transfer etmək istədiklərini təsdiq edib

“Adanaspor” Reynaldonu transfer etmək istədiklərini təsdiq edib

Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor" klubunun baş məşqçisi Levent Şahin "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldonu transfer etmək istədiklərini təsdiq edib. SİA-nın məlumatına görə, yerli mətbuata danışan mütəxəssis bu keçidi həll etmək üçün danışıqlar apardıqlarını deyib.

Çalışdırıcı bildirib ki, Reynaldonun transferi alınmazsa, başqa hücumçu axtaracaqlar: "Bizə bir hücumçu lazımdır. Reynaldo siyahıda olan adlardan biridir. Bu transferi rəhbərlik həll etmək istəyir. Amma hələ heç nə dəqiqləşməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə