“Adanaspor” Reynaldo Silvanı transfer etmək istəyir

“Adanaspor” Reynaldo Silvanı transfer etmək istəyir

"Qarabağ" futbol klubunun braziliyalı hücumçusu Reynaldo Silva Türkiyədən təklif alıb. Ajansspor.com saytı xəbər verir ki, "Adanaspor" klubu 27 yaşlı futbolçu ilə maraqlanır. Həmin klubun baş məşqçisi Levent Şahin rəhbərlikdən hücum xəttinin gücləndirilməsini istəyib. Rəhbərlik isə Reynaldonu heyətə qatmaq niyyətindədir.

Xəbərdə "Adanaspor"un "Qarabağ"a rəsmi təklif göndərdiyi və yaxın günlərdə "sambaçı"nın transferinin reallaşacağı bildirilir.

Reynaldo 2013-cü ildən "Qarabağ"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə