"Traktor Sazi" İran çempionatında yenidən lider oldu

"Traktor Sazi" İran çempionatında yenidən lider oldu

İran çempionatında 16-cı turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu gün səfərdə "Esteqlal"ın (Kuzestan) qonağı olub. Oyun Cənubi Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Mehdi Şərifi vurub.

Bu qələbə ilə xalını 33-ə çatdıran təbrizlilər yenidən liderliyə yüksəlib. Təbrizin digər təmsilçisi "Qostareş" isə səfərdə "Paykan"la 1:1 hesablı bərabərə qalıb. Komanda 21 xalla 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə