Yanvarın 12-də "Sərhədçi" Olimpiya İdman Kompleksində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasıyasının xəbərində deyilir ki, ilin ilk yarışı iki gün davam edəcək. Paytaxt birinciliyində 200-ə yaxın cüdoçu qüvvəsini sınayır.
Yarışın ilk günündə qızların mübarizəsində bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Oğlanların yarışında isə 55 və 60 kiloqram çəki dərəcələrində qarşılaşmalar başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB