Azərbaycan çempionatının ikinci gününün finalçıları müəyyənləşib

Azərbaycan çempionatının ikinci gününün finalçıları müəyyənləşib

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının ikinci gününün finalçıları müəyyənləşib. SİA-nın verdiyi xəbərə görə, sərbəst güləş üzrə yarışlarda qızıl medal uğrunda Aleksandr Qostiyev (86 kq) Hacımurad Məhəmmədsəidovla, Nurməhəmməd Hacıyev (96 kq) Pərviz Axundovla, Cəmaləddin Məhəmmədov (125 kq) Umar İsrailovla üz-üzə gələcək.

Yunan-Roma güləşi üzrə yarışlarda həlledici görüşdə Taleh Məmmədov (59 kq) Kərim Cəfərovla, Kamran Məmmədov (66 kq) Azad Əliyevlə, Rüstəm Əliyev (71 kq) isə İslambek Dadovla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə