"Qarabağ" Antalyada hazırlığını davam etdirir

"Qarabağ" Antalyada hazırlığını davam etdirir

"Qarabağ" klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlığın yeddinci günündə Qurban Qurbanovun komandası bir məşqlə kifayətlənib.

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu - Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, "Qarabağ"ın bu gün üçün iki məşqi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə