Boks üzrə milli komandalarımızın baş məşqçiləri müəyyənləşib

Boks üzrə milli komandalarımızın baş məşqçiləri müəyyənləşib

Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb. SİA-nın məlumatına görə, kişilərdən ibarət əsas yığma komanda Leonid Layinskiyə tapşırılıb. Nəriman Abdullayev komandada böyük məşqçi funksiyasını davam etdirəcək. Gənclərdən ibarət yığma komanda Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov çalışdıracaq. Qadınlardan ibarət milli komandamız sonuncu Avropa çempionatında olduğu kimi, Elbrus Rzayevin rəhbərliyi ilə hazırlıq keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə