“Mançester Yunayted” “Hall Siti”ni məğlub edib

“Mançester Yunayted” “Hall Siti”ni məğlub edib

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. "Mançester Yunayted" öz meydanında "Hall Siti"ni qəbul edib. Oyun "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, digər yarımfinal cütündə "Liverpul" və "Sauthempton" finala vəsiqə uğrunda mübarizə aparacaq.

10 yanvar

İngiltərə Liqa kuboku, yarımfinalın ilk oyunu

"Mançester Yunayted" - "Hall Siti" 2:0
Qollar:
Xuan Mata, 56. Fellaini, 87.

Bütün xəbərlər Facebook səhifəmizdə