"Səbail" iki futbolçunu heyətinə cəlb edib

"Səbail" iki futbolçunu heyətinə cəlb edib

Azərbaycan I divizionunda mübarizə aparan "Səbail" qış transfer dövründə daha iki futbolçunu heyətinə cəlb edib. Klubun rəsmi "Facebook" səhifəsində yer alan xəbərə görə, paytaxt klubu "Neftçi"nin müdafiəçisi Orxan Qurbanlını icarəyə götürüb. 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Səbail"də çıxış edəcək. Bundan başqa, 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə