"Beşiktaş"dan yeni transfer

"Beşiktaş" klubu daha bir futbolçunu heyətinə cəlb edib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi "Zarya"nın müdafiəçisi Eduard Sobolu transfer edib.

Donetsk "Şaxtyor"una məxsus olan 21 yaşlı futbolçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb. Gənc futbolçu İstanbul klubunda yarım mövsüm ərzində 300 min avro qazanacaq.

Qeyd edək ki, Sobol Ukrayna millisinin üzvüdür.

Xatırladaq ki, "Beşiktaş" qış transfer pəncərəsində "Deportivo"dan Ryan Babeli də transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə