"Lokomotiv"in əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədovun "Spartak"a keçidi ləngiyib. SİA-nın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi qış fasiləsindəki hazırlığı "Lokomotiv"in əvəzedici komandasında keçirir.
A.Səmədovdan başqa bir neçə futbolçu da əvəzedici komandada məşq edir. Hazırda Moskva klubu bu futbolçularla bağlı başqa klublarla danışıq aparır. Baş məşqçi Yuri Syomin bu futbolçuları komandanın İspaniyada keçirilən təlim-məşq toplanışına aparmayıb.
Qeyd edək ki, Aleksandr Səmədovun yaxın günlərdə "Spartak"a keçidi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB