2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsində 48 komanda yarışacaq
FIFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, ilk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq.
Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FIFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu.
Xatırladaq ki, C.İnfantino FIFA-nın prezidenti seçildiyi vaxt dünya çempionatlarında iştirakçıların sayını artırmaqla nisbətən kiçik ölkələrin də mundialda iştirak edə bilmələrinin vacibliyini qeyd etmişdi.//AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB