AOK-un icraçı prezidenti: “Bakı-2015”i əvəz etmək mümkün olmayacaq” FOTOLAR - SƏS TV
Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (AOK) icraçı prezidenti Yanes Kosiyançiç Milli Olimpiya Komitəsində (MOK) mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda Y.Kosiyançiçlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Əbiyev də iştirak edib.
Y.Kosiyançiç yenidən ölkəmizdə olmaqdan məmnunluq duyduğunu bildirib. O, Azərbaycanda hər zaman mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil edildiyini qeyd edib: "İlk Avropa Oyunları və möhtəşəm Formula 1 yarışından sonra burada olmaq böyük şərəfdir. Biz həmişə Azərbaycanda böyük tədbirlərin keçirildiyini görmüşük. "Bakı 2015" Azərbaycanda çox möhtəşəm şəkildə təşkil edilib. Bu tədbirlər əhalinin - gənc nəslin və peşəkarların köməkliyi ilə keçirilib. Azərbaycan idmançıları "Rio-2016" yay Olimpiya Oyunlarında yüksək nəticələr əldə edərək 18 medal qazanıblar. Bu isə ölkə tarixində ən yüksək nəticədir. Azərbaycanın gələcəkdə bundan da böyük nəticələr qazanacağına inanıram".
AOK-un icraçı prezidenti II Avropa Oyunlarının 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcəyini və onların Azərbaycanın təcrübəsindən yararlanacağına inandığını diqqətə çatdırıb: "Azərbaycan ilk Avropa Oyunlarını çox yüksək səviyyədə keçirdi. Bunun Belarusda təkrarlanacağını demək mümkün deyil. Çünki Azərbaycanın təşkilatçılığı çox yüksək səviyyədə idi. Ancaq inanırıq ki, Belarus da Avropa Oyunlarını yüksək şəkildə keçirə biləcək. Bu yarışlar "Tokio-2020"yə hazırlıq üçün nəzərdə tutulub. Avropa Oyunlarının gələcəkdə daha da populyarlaşacağına inanırıq. Hazırda 12-14 idman növü üzrə yarışların keçirilməsini qərara almışıq. Ancaq 26 idman növünün təmsil olunması üçün təkliflər var. Əsasən olimpiya idman növlərinə üstünlük verəcəyik. Belarusda idman infrastrukturu mövcuddur. II Avropa Oyunlarında sponsor, marketinq, media və televiziya haqlarından da istifadə edəcəyik. Təbii ki, Azərbaycanda yüksək səviyyədə keçirilən "Bakı-2015" Avropa Oyunlarını əvəz etmək mümkün olmayacaq. Bakıdakı kimi olmasa da, Belarusda da yarışlar yüksək səviyyədə keçiriləcək. Artıq bir neçə ölkə III Avropa Oyunları üçün öz namizədliyini verib. Bu namizədlərin sayı artacaq. Bu barədə daha sonra ətraflı məlumat veriləcək. Avropa Oyunlarını keçirə biləcək 60-dan artıq şəhər var".
Y.Kosiyançiç 2019-cu ildə Gənclərin Olimpiya Festivalının Azərbaycanda keçiriləcəyini bildirib: "Bakıda keçiriləcək festivala 50 ölkədən təxminən 4 000 iştirakçı qatılacaq. Bu il festivalın 25 ili tamam olur. Builki yarışlar Macarıstanda təşkil olunacaq. Yarışlarda yaş həddi 16-18-dir".
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Gənclərin Olimpiya Festivalının Bakıda keçirilməsi haqda hələ ki, rəsmi müqavilə imzalanmadığını qeyd edib. O, müqavilənin yanvarın 26-da AOK-un İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını bildirib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB