Bu gün Bakının qadınlardan ibarət "Telekom" voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, Bakı təmsilçisi "Sərhədçi" Olimpiya İdman Mərkəzində Polşanın "Ximik" komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.
Bakı təmsilçisi Çempionlar Liqasının "A" qrupunda ilk oyununu səfərdə İtaliyanın "Konegliano" komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.




USD
EUR
GBP
RUB