“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" futbol klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlığın beşinci gününü Ağdam təmsilçisi axşam məşqi ilə başa vurub.

Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından futbolçular fiziki təmrinlər yerini yetiriblər. Məşq isə toplu çalışmalarla başa çatıb.

Reynaldo Silva meydançada məşqlərə başlayıb. Yeni transfer Elşən Abdullayev isə fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə