İqnasio Herrera "Neftçi”nin düşərgəsinə qatılıb

İqnasio Herrera "Neftçi”nin düşərgəsinə qatılıb

"Neftçi" bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera dünən axşam saatlarında komandanın düşərgəsinə gəlib. Bakı klubunun saytında yer alan xəbərə görə, hücumameyilli yarımmüdafiəçi artıq komanda ilə məşqlərə çıxıb.

Xatırladaq ki, "Neftçi" ilə 1 illik müqaviləyə imza atan Herrera indiyədək Çilinin "Reyncers", "Huaçipato", "Maqalyanes", "Kobreloa", "Deportes İkike", İspaniyanın "Real Betis" B və Qazaxıstanın "İrtış" klubunda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə