"Neftçi” Özbəkistan klubu ilə qarşılaşacaq

"Neftçi” Özbəkistan klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək. SİA-nın məlumatına görə, rəqib Özbəkistanın "Nasaf" klubu olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, "Neftçi" hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə