Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

Yanvarın 23-dən 24-dək AFFA tərəfindən Bakı şəhərində AFFA-nın "C" və UEFA-nın "B", yanvar ayının 26-dan 27-dək isə UEFA-nın "A" və "Pro" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. SİA-nın məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. Lisenziya və diplomun surəti

Kursda iştirak üçün ödənişin məbləği:

- C lisenziya üçün 100 manat

- B lisenziya üçün 300 manat

- A lisenziya üçün 500 manat

- Pro lisensiya üçün 700 manat

Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail: [email protected]

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə