“Maşinsazi” növbəti xalını qazanıb

“Maşinsazi” növbəti xalını qazanıb

Futbol üzrə İran çemponatında 15-ci tura yekun vurulub. Qol.az xəbər verir ki, turun son oyununda Təbrizin "Maşinsazi" klubu öz meydanında "Saypa"nı qəbul edib. Matçın gedişində hesabda öndə olmasına baxmayaraq, Təbriz təmsilçisi sonda meydandan 1 xalla ayrılıb - 3:3.

Qeyd edək ki, bu heç-heçə sayəsində 7-ci xalını qazanan "Maşinsazi" 15 turdan sonra sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə