"İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib. Türkiyədə təlim-məşq toplanışı keçən "ağ-qaralar" ilk sınaq matçında "Sivasspor"la heç-heçə oynayıblar.
I liqa təmsilçisi ilə oyundan sonra Abdullayev klub saytına açıqlama verib: "Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq və bu çıxışımızı çempionatda da davam etdirmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB