Futbol üzrə Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilir. Futbol millimizin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi "Boavişta", dünən öz meydanında "Setubal"ı qəbul edib. Kamran meydana start heyətində çıxıb. Emin isə əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib. Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Espinhonun 27-ci dəqiqədə vurduğu qol "Boavişta"ya qələbə qazandırıb.
Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran "Boavişta" turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB