Xorvatiyalı baş məşqçi “Qəbələ”yə minnətdarlıq etdi

Xorvatiyalı baş məşqçi “Qəbələ”yə minnətdarlıq etdi
"Bu turnir bizim üçün bəzi oyunçuları iş başında görmək üçün yaxşı imkandı". Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Ante Çaçiç deyib. Çində milli komandalar arasında keçiriləcək turnirdə iştirak edəcək "damalılar"ın çalışdırıcısı heyətə "Qəbələ"də çıxış edən Filip Ozobiçi də dəvət edib.

Turnir FİFA-nın rəsmi təqviminə daxil olmadığı üçün klublar milliyə oyunçu göndərməyə bilərdi. Bu səbəbdən Çaçiç "Qəbələ" də daxil olmaqla futbolçulara icazə vermiş bütün klublara minnətdarlıq edib: "Yığmaya oyunçularını yolladığı üçün bütün klublara təşəkkür edirəm. Toplanış üçün uyğunsuz vaxt olduğundan klublar əngəl yarada bilərdilər, ancaq dəvət etdiyim heç bir futbolçu üçün problem yaşamadıq".

Qeyd edək ki, yanvarın 10-dan 17-ə qədər davam edəcək turnirdə Çin, İslandiya, Xorvatiya və Çili yığmaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə