“Neftçi”nin futbolçusu: Uğur qazanmaq istəyirik

“Neftçi”nin futbolçusu: Uğur qazanmaq istəyirik

"Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki hazırlıqlar keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli deyib. Premyer Liqanın ikinci hissəsinə hazırlığı Antalyada davam etdirən "ağ-qaralar"ın yarımmüdafiəçisi hazırlıqlar haqqında fikirlərini bölüşüb: "Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir. Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək".

Bütün xəbərlər Facebook səhifəmizdə