Samsunspor"un baş məşqçisi: Ramil təcrübəsiz oyunçudur

Samsunspor"un baş məşqçisi: Ramil təcrübəsiz oyunçudur

Samsunspor"un baş məşqçisi Osman Özköylü "Trabzonspor"un futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi haqda iddialara münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib. "Ramil Şeydayev və Serge Oqnadon üçün bizə "Trabzonspor"dan təklif gəldi. Ancaq təklifi qəbul etmədik. Ramil təcrübəsiz oyunçudur. Ona görə risk etmədik".

Qeyd edək ki bir müddət əvvəl Türkiyə mətbuatı millimizin hücumçusu R.Şeydayevin "Samsunspor"un düşərgəsinə qoşulduğunu yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə