Runi “Mançester Yunayted”in tarixində ən məhsuldar futbolçudur

Runi “Mançester Yunayted”in tarixində ən məhsuldar futbolçudur

2004-cü ildən "Mançester Yunayted" klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib. Ölkə kubokunun 1/32 final mərhələsində "Redinq" komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu "Qırmızı şeytanların" heyətində vurduğu qolların sayını 249-a çatdırıb.

Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə