Kolin Kazım karyerasını "Korintians"da davam etdirəcək

Kolin Kazım karyerasını "Korintians"da davam etdirəcək

Türkiyə millisinin sabiq üzvü Kolin Kazımın yeni iş yeri bəlli olub. SİA-nın məlumatına görə, futbolçu karyerasını "Korintians"da davam etdirəcək. Bu barədə xəbəri Braziliya klubunun rəsmi "twitter" hesabı yayıb. 30 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, bu keçid üçün "Korintians" "Koritiba"ya 1,8 milyon transfer haqqı ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə