"Tottenhem"in futbolçusuna həftədə 1 milyon dollarlıq təklif

"Tottenhem"in futbolçusuna həftədə 1 milyon dollarlıq təklif

"Tottenhem"in futbolçusu Dele Alli Çində oynaya bilər. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumatına görə, Çinin bir neçə klubu 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bu klubların ona həftəsinə 809 min funt sterlinq (təxminən 1 milyon dollar) ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, D.Alli ilə "Real"ın da maraqlandığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə