"Arsenal"ın futbolçusu Məsut Özil məşqlərə başlayıb. SİA-nın məlumatına görə, türk əsilli yarımmüdafiçi artıq sağalıb. Ancaq buna baxmayaraq, onun İngiltərə kubokunda yanvarın 7-i keçiriləcək "Preston"a qarşı oyunda iştirak edəcəyi gözlənilmir. Arsen Vengerin növbəti həftədən M.Özilə şans verəcəyi bildirilir.
Qeyd edək ki, 28 yaşlı futbolçu qrip olduğu üçün iki oyun buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB