"Bavariya"nın futbolçusu Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə polşalı hücumçunun agenti Sezar Kuçarski məlumat verib. O deyib ki, Çin klublarından biri R.Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq o, bu təklifi müsbət cavablandırmayıb. Qeyd edək ki, R.Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB