"Beşiktaş” Mitroviçi transfer edib

"Beşiktaş” Mitroviçi transfer edib

"Beşiktaş" Xorvatiya millisinin yarımmüdafiəçisi Matej Mitroviçi rəsmən transfer edib. SİA-nın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Onunla 3.5 illik müqavilə imzalanıb. Mitroviçə illik 1.2 milyon avro maaş və qazanılan hər xala görə 4 min avro mükafat veriləcək.

"Beşiktaş" 23 yaşlı futbolçunun klubu "HNK Rijeka"ya isə 4.2 milyon avro təzminat ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə