“Sumqayıt” hazırlığa start verib

“Sumqayıt” hazırlığa start verib

"Sumqayıt" futbol klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verib. SİA-nın məlumatına görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. "Sumqayıt" ilk məşq günündə dəniz kənarında qaçışla kifayətlənib.

Komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə