Azərbaycan Taekvando Federasiyasının (ATF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Sərhədçi" Olimpiya İdman Mərkəzində respublika birinciliyi və çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, 2000-2002-ci il təvəllüdü gənc taekvandoçular arasında respublika birinciliyi yanvarın 17-19-da təşkil olunacaq. Bir gün sonra isə böyüklər arasında ölkə çempionatı başlayacaq və iki gün davam edəcək. Yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparacaqlar.
Birincilik və çempionat ölkəmizdə taekvandonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvando bölmələrinin işinin təkmilləşdirilməsi, gənclər və böyüklər arasında yığma komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvandoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar.
Turnirlərdə yüksək yerləri tutan idmançılar və komandalar diplom və medallarla təltif olunacaqlar.
Respublika birinciliyi və çempionatında "Daeodo" beynəlxalq taekvando, həmçinin "video-təkrar" sistemləri tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB