Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verən "Neftçi"nin ilk hazırlıq matçının tarixi dəqiqləşib. SİA-nın məlumatına görə, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Bakı klubu ilk oyununda "Sivasspor"la qarşılaşacaq. Yoxlama görüşü yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" yanvarın 15-də Albaniyanın "Kukesi", iki gün sonra Rusiyanın "Tosno" və yanvarın 19-da isə "Terek" komandaları ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB