Millimizin futbolçusu Ramil Şeydayev "Trabzonspor"un düşərgəsini tərk edib. SİA-nın məlumatına görə, o, Türkiyə birinci liqa təmsilçisi "Samsunspor"un düşərgəsinə qoşulub. Millimizin hücumçusunun Samsun təmsilçisində icarə əsasında çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, R.Şeydayev ötən ilin yayında "Trabzonspor"a transfer olunub. Ancaq o, sözügedən klubda çox az oynamaq şansı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB