Madridin "Real" klubu məğlubiyyətsiz oyunlarının sayını 38-ə çatdırıb. SİA-nın məlumatına görə, Zinəddin Zidanın yetirmələri İspaniya Kral Kuboku turnirinin 1/8 final mərhələsinin ilk matçında "Sevilya"nı 3:0 hesabı ilə məğlub edərək bu uğurlu seriyanı davam etdiriblər.
Qeyd edək ki, "Kral" klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının 1/4 finalının ilk matçında səfərdə Almaniyanın "Volfsburq" klubu qarşısında alıb (0:2).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB