“Beşiktaş” Xorvatiya millisinin üzvünü transfer edir

“Beşiktaş” Xorvatiya millisinin üzvünü transfer edir

Türkiyənin "Beşiktaş" klubu qış fasiləsində növbəti transferini etməyə yaxındır. "Beşiktaş" klubunun rəsmi saytında yer alan xəbərə görə, "qara-qartallar" Xorvatiyanın "Riyeka" klubunun müdafiəçisi Matey Mitroviçlə anlaşıb. Türkiyə mətbuatı İstanbul klubunun bu keçid üçün qarşı tərəfə 3 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2014-cü ildən Xorvatiya millisinə dəvət alır.

Bütün xəbərlər Facebook səhifəmizdə