"Real"ın hücumçusu Alvaro Morata komandadan ayrılmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu iddianı İtaliyanın nüfuzlu "Corriere Dello Sport" nəşri ortaya atıb. Bildirilib ki, ispan hücumçu hazırda Madrid klubundakı mövqeyindən razı deyil. O, daha çox oyun praktikası qazana biləcəyi bir klubda çıxış etmək istəyir. İddiaya görə, Morata yenidən "Yuventus"a dönməyi planlaşdırır.
Qeyd edək ki, Alvaro 2014-cü ildən 2016-cı ilə kimi Turin təmsilçisinin heyətində çıxış edib. O, "qoca sinyora"ya məhz "Real"dan keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB