"Neftçi" çilili futbolçunu transfer edib

"Neftçi" çilili futbolçunu transfer edib

"Neftçi" növbətini transferini gerçəkləşdirib. Bakı klubunun saytında yerləşdirilən xəbərə görə, çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə bağlanıb. Qeyd edək ki, sonuncu komandası Qazaxıstanın "İrtış" klubu olan 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers", "Huaçipato", "Maqalyanes", "Kobreloa", "Deportes İkike" və İspaniyanın "Real Betis" B klublarında çıxış edib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Namiq Ələsgərov və George Navalovskini heyətinə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə