"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola məşqçi karyerasını bitirməyə hazırlaşır. SİA-nın xarici media orqanlarına istinadən verdiyi xəbərə görə, bu barədə 45 yaşlı mütəxəssisin özü məlumat verib: "60-65 yaşına kimi məşqçilik etməyi düşünmürəm. "Mançester Siti"də 3 il, bəlkə bir az artıq işləyəcəyəm. Karyeramın sonuna yaxınlaşıram. "Mançester Siti" son komandam ola bilər".
P.Qvardiola məşqçi karyerasını başa vurduqdan sonra nə ilə məşğul olacağı haqda sualı belə cavablandırıb: "Əlbəttə, qolfla (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB